`Qarabağ` artıq dünyanın 189-cu klubudur!!!
2 Avq 2010
`Qarabağ` artıq dünyanın 189-cu klubudur!!!
`Qarabağ`ımız Azərbaycanın adını şərəflə qorumaqda davam edir. 2 ildir Avroliqa əldə etdiyi nəticələrlə qürur mənbəyimizə çevrilən `Qarabağ` daha bir ilkə imza atıb. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası klubların yeni reytinq siyahısını açıqlayıb. Dünyanın ən güclüləri sırasında Azərbaycanı tək təmsil edən komandamız İyul ayında əldə etdiyi nəticələrlə daha da qabağa gedib. Ötən il ərzində ən güclülər sıyahısında `Qarabağ`ı tərk etməyən komandamız yen siyahıda düz 102 pilləyə irəliləyərək 189-cü pilləyə yüksəlib. Komandamız `Bayer`, Borussiya`, `Napoli`,`Bursaspor` kimi klubları qabaqlayıb.