`Qarabağ` artıq Gəncədədi
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
1 Dek 2011
`Qarabağ` artıq Gəncədədi
`Qarabağ`ımız artıq Gəncədədir. Dünən ölkə kubokunun 1/8 final mərhələsində `Sumqayıt-Şəhər`lə qarşılaşan və 3:0-lıq qələbə qazanaraq növbəti mərhələyə yüksələn komandamız bu gün Azərbaycanın 2-ci şəhərinə hərəkət edib. Dekabrın 4-də premyerliqanın növbəti turunda Tovuzda `Turan`ın qonağı olacaq komandamız hazırlıqlarını məhz Gəncədə davam etdirəcək. 19 futbolçuyla səfərə yollana komandamızda atasının vəfatıyla əlaqədar olaraq vətənində olan Ansi Aqolli artıq düşərgədədir.
Komandamız bu gün Gəncə şəhər stadionunda günün tək məşqini edib. Çalışmada futbolçular elə də çox yüklənməyib. Komandamız oyun gününə qədər hazırlıqlarını Gəncədə davam etdirdikdən sonra matç günü Tovuza yollanacaq.