"Qarabağ" artıq Lənkərandadır (90plus.info)
12 Fev 2010
"Qarabağ" artıq Lənkərandadır (90plus.info)
"Qarabağ" klubu artıq Lənkərandadır. Bu gün günorta saatlarında Bakını tərk edərək ölkənin cənub bölgəsinə yollanan Ağdam təmsilçisi sabah Lənkəranda 1 məşq də keçəcək. Komandanın şənbə günü keçiriləcək matç üçün 1 gün öncə səfərə yollanmasını futbolçuların yerli iqlimə uyğunlaşmasına hesablanıb.
"Karvan"la oyunda Ayxan Abbasovun qırmızı vərəqə aldığına görə matçı buraxacağı dəqiqdir. Son oyunu cəza səbəbindən buraxan Rəşad Sadiqov isə sıraya dönüb. Georgi Adamiya oyunda iştirak edib-etməməsi matç günü bəlli olacaq.