`Qarabağ` artıq Makedoniyadadır (YENİLƏNDİ)
`Qarabağ` artıq Makedoniyadadır (YENİLƏNDİ)
`Qarabağ` artıq Makedoniyadadır. Komandamız bu gün səhər Bakı – İstanbul – Skopye reysiylə `Metallurq`la görüşə yollanıb. Səhər saat 6:00-da Bakını tərk edən komandamız Türkiyənin ən böyük şəhərindən Skopyeyə yollanıb. Yerli vaxtla 13:30-da (Bakı vaxtıyla 16:30) Skopyedə olan komandamız dərhal otelə yollanıb. Komandamız səfər müddətində paytaxtın 5 ulduzlu `Aleksandr Palas` otelində qalacaq. Bu otel oyunun keçiriləcəyi stadiondan 500 metr aralıda yerləşir. Komandamız axşam saatlarında Skopyedə məşqə çıxacaq. Sabah isə komandamız yerli vaxtla 18:30-da sonuncu məşqinə çıxacaq.
* * *
Axşam 18:30-da paytaxtın Jelezarniça stadionunda məşqə yollanan `Qarabağ`ımız yerli publika tərəfindən böyük maraqla qarşılandı. Çoxlu fanat ordusunun izlədiyi məşq prosesi qısa zaman kəsiyindən sonra izləyənlər üçün bağlı elan edildi. Təqribi bir saat yarım davam edən məşqimiz komanda üzvlərimizin yüksək əhval ruhiyyəsi ilə müşahidə edildi...