"QARABAĞ" "ASİMAN"DA

single-news
7 May 2005

"QARABAĞ" "ASİMAN"DA



"Qarabağ" FK- nun rəhbərliyi son derbi matçında qələbə münasibətilə, ən əsası isə gözəl oyun göstərdiklərinə görə klub üzvləri ilə "Asiman"da görüşdü. Görüşü klubun rəisi Ramiz Şahməmmədov açdı.O, bu görüşün bir daha klub üzvlərinə yüksək qayğının, diqqətin nümunəsi olduğunu diqqətə çatdırdı. Klubun Vitse-Prezidenti Taher Gözəl son oyunun ona böyük zövq verdiyini və buna görə onun da futbolçulara borclu qalmaq istəmədiyi dilə gətirdi. Növbəti dörd oyunda da "Qarabağ"ın belə əzmkarlıq göstərəcəyinə əmin olduğunu bildirdi: "Qarabağ" zəiflə zəif kimi, güclü ilə güclü oyun göstərir. Mən qalan dörd matçın hər birində "Qarabağ"ın gözəl oyununun şahidi olacağıma əminəm." Klubun baş məşqçisi İqor Ponomaryov sözlərini lətifə ilə başlayaraq, görüşə bir rəng qatdı. O klubun sona kimi mübarizə aparacağını və özünə layiq yer tutacağını bildirdi. "Bunun üçün bizim hər şeyimiz var. Bu da qələbənin artıq bizimlə addımladığının bir göstəricisidir." İcraçı Direktorumuz Emrah Çelikel Tahir beyin fikrini diqqətə çatdıraraq çıxışına başladı: "Mənim üçün ən çətin rəqib "Qarabağ"dır." Tahir bəyin bu fikri hər şeyi deyir. "Qarabağ" istəyəndə onun qarşısında heç bir rəqib tab gətirə bilməz"- bu da Emrah bəyin dediklərindən bir sitatdır... Görüş bədii hissə ilə davam etdi. Görüşün sonunda, Taher bəy növbəti matçımızın mərhum Prezidentimiz Heydər Əliyevin ad günündə keçiriləcəyini diqqətə çatdıraraq, "Qarabağ"ın həmin matçda bu günə layiq oyun keçirəcəyini bildirdi. O dedi: "O xalq xöşbəxdir ki, o həqiqi lider yetişdirə bilir.Azərbaycan xalqı bu zirvənin ən yüksəkliyindədir. Çünki onun Heydər Əliyev kimi, dahisi var.Matçımızın məhz mayın 10-da olması bir təsadüfdür.Biz oyunumuzla Liderimizin ruhuna bir hədiyyə edəcəyik." Görüşdən maraqlı fotogörüntülərə FOTOQALEREYA bölməsində baxa bilərsiniz.

Paylaş

// pop up