"Qarabağ" "Aston Villa"nı keçdi (üç nöqtə, 07.09.2006)

single-news
7 Sen 2006

"Qarabağ" "Aston Villa"nı keçdi (üç nöqtə, 07.09.2006)



Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası ötən ay üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb. Siyahıya yenə "Barselona" başçılıq edir. Digər qitələrdən ilk "onluğ"a düşənlərdən yalnız Braziliyanın 1 təmsilçisi var. Qalanları isə "Köhnə Dünya"nın nümayəndələridir. Azərbaycana gəldikdə isə, cədvəldə yalnız 2 komandamızın adı var - "Karvan" və "Qarabağ". Yevlaxlılar "Spartak" və "Slaviya" ilə oyunlarda qazandığı xallara görə birdən-birə 26 pillə irəliləyib. Nəticədə aranlılar "Nant", "Everton", "Panatinaikos", "Kyevo", "Mançester Siti", "Sürix" kimi kollektivləri geridə qoyub. "Qarabağ" üçün də avqustu uğurlu adlandırmaq olar. Ağdamlılar 46 pillə yüksələrək, "üçüncü yüzlüy"ə düşüb. Bu mənada Ermənistan "Pünik"i ni geridə qoymağımız lap yerinə düşüb. İlk dəfə Azərbaycanın adını bu siyahıya salmağa müvəffəq olan "Bakı" və "Neftçi" isə indi 354 klub arasında yer almayıb. İlk "onluq"":: 1.(2) "Barselona" (İspaniya) 288.0, 2.(4) "Sevilya" (İspaniya) 276.0, 3.(5) "İnternational" (Braziliya) 270.0, 4.(1) "İnter"(İtaliya) 270.0, 5.(11) "Milan" (İtaliya) 269.0, 6.(6) "Olimpik"M. (Franca) 266.0, 7.(3) "Liverpul" (İngiltərə) 260.0, 8.(12) "Arsenal" (İngiltərə) 258.0, 9.(7) "Roma" (İtaliya)248.0, 10.(8) "Bavariya" (Almaniya) 246... 148.(174) "KARVAN" 96.0, 292.(338) "QARABAĞ" 68.0.

Paylaş