"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib
10 Sen 2022
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" Almaniyada "Frayburq"un qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Marko Veşoviç vurub.
"Qarabağ" növbəti oyunda Bakıda Fransanın "Nant" klubu ilə qarşılaşacaq.