"Qarabağ" Avstriyada ilk yoldaşlıq oyununda qalib gəldi

single-news
7 İyl 2021

"Qarabağ" Avstriyada ilk yoldaşlıq oyununda qalib gəldi



Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" FK ilk yoldaşlıq oyununu keçirib.

 

Komandamız Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşıb. "Fulpmes" stadionunda keçirilən matçda komandamız 1:0 hesablı qələbə qazanıb. Yeganə qolumuzu 70-ci dəqiqədə Musa Qurbanlı vurub.

 

Komandamız iyulun 11-i "Arsenal" (Rusiya) və iyulun 15-i "Auqsburq" (Almaniya) klubları ilə də yoldaşlıq oyunu keçirəcək.

Paylaş

// pop up