"Qarabağ" Avstriyada son məşqinə çıxdı

single-news
7 İyl 2019

"Qarabağ" Avstriyada son məşqinə çıxdı



"Qarabağ"ımız bu gün Avstriyada son məşqinə çıxıb. Son hazırlıq yerli vaxtla 18:00-da (Bakı saatıyla 20:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Futbolçularımız isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

Qeyd edək ki, komandamız sabah "Partizani" ilə oyunun keçiriləcəyi Albaniyanın Tirana şəhərinə yollanacaq.

Paylaş