`Qarabağ` - Azal 1:0. Davam edirik

single-news
3 Mar 2012

`Qarabağ` - Azal 1:0. Davam edirik



`QARABAĞ: Boyan Pavloviç, Qara Qarayev, Namiq Yusifov, Bəxtiyar Solatnov, Rəşad Sadıxov, İlqar Qurbanov, Əfran İsmayılov, Muarem Muarem, Ansi Aqolli, Admir Teli, Georgi Adamiya

1`- Oyuna `Qarabağ` başlayır
2`- Komandamızın ilk hücumu… Bəxtiyar cərimə meydançasına daxil olur, lakin müdafiəçilər qapıya zərbə endirməyə mane olur
4`- Azal hücumu… qapıya doğru zərbə və top qapıdan aralı keçir
8`- Ansi Aqollinin qapı qarşısında ötürməsi, lakin qapıçı topa daha tez çatır
10`- Daha bir hücum… Aqollinin daha bir qapı qarşısında ötürməsi, lakin bu dəfə də qapıçı topu dəf edir
14`- Əfranın Qara Qarayevə ötürməsi, Qaranın qapıya doğru zərbəsi, lakin zərbə o qədər də qüvvətli olmur
17`- Əfran zədələnir, ona tibbi yardım göstərilir
22`- Adamiyanın Bəxtiyara ötürməsi, lakin Bəxtiyar qapıya zərbə endirə bilmir
23`- Bəxtiyar künc zərbəsini yerinə yetirir, lakin nəticəsizdi
26`- Oyunun tempi bir qədər aşağı düşüb
31`- Azal hücumu… qapıya doğru zərbə qüvvətli olmur
35`- Oyunda artıq 35 dəqiqə geridə qalıb. hesab 0-0
36`- Azal cərimə zərbəsi yerinə yetirir, və Pavloviç topu dəf edir
38`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, qapıçı topu tutur
41`- Azal cərimə zərbəsi yerinə yetirir, top qapıdan aralı keçir
45`- `Qarabağ` hücumu… İlqar Qurbanovun qapı qarşısına ötürməsi, lakin Aqil Nəbiyev zərbənin qarşısını alır
45+1`- Hücum davam edir. Rəşadın qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
45+2`- İlk hissə bitir: Hesab 0-0
46`- İkinci hissəyə Azal oyunçu dəyişikliyi ilə başlayır
47`- `Qarabağ` hücumu… Muaremdən Bəxtiyara gözəl ötürmə,lakin oyundan kənar vəziyyət qeydə alınır
48`- Daha bir hücum... Aqollinin qapı qarşısına ötürməsi, qapıçı topu dəf edə bilir
50`- Azal oyunçusu zədələnir və ona tibbi yardım göstərilir
51`- Əfranın cərimə meydançasına ötürməsi, lakin Adamiya topa toxuna bilmir
53`- Azal-da oyunçu dəyişikliyi… Zoahiri Tərlan Xəlilov əvəzləyir
54`- Muaremin qapıya doğru zərbəsi, müdafiəçilər zərbənin qarşısını alır
55`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, Admir Teli və top qapıdan keçir, Lakin hakim ofsayt olduğunu bildirir və qol hesaba alınmır
56`- Adamiyanın qapıya doğru zərbəsi, lakin top çox az fərqlə qapının üstündən keçir
57`- Daha bir hücum… Qapıçı bu dəfə irəli çıxaraq topun qarşısını alır
59`- Rəqib əllə oynayır və Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, Qapıçı bu dəfə də topu dəf edir
60`- Kobud oyuna görə Azal-dan Şəhriyar Rəhimov sarı vərəqə alır
62`- Ardıcıl `Qarabağ` hücumları… ardıcıl qapıya zərbələr…  Adamiya, Bəxtiyar və Əfranın qapıya doğru  zərbələri… Lakin nəticəsizdi
66`- Muarem demək olar ki 100 faizlik qol şansında istifadə edə bilmir, top qapının tirinə dəyir
67`- `Qarabağ`da oyunçu dəyişikliyi… Qara Qarayevi Rauf Əliyev, Bəxtiyar Soltanovu Vüqar Nadirov əvəzləyir
68`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, Vüqarın qapıya doğru zərbəsi və top qapıdan aralı keçir
71`- Növbəti `Qarabağ` hücumu… Lakin Rauf topa zərbə endirə bilmir
76`- Qapı qarşısına ötürmə, lakin qapıçı topa Raufdan daha tez  çatır
80`- Daha bir hücumumuz… lakin Əfranın qapıya doğru zərbəsi qüvvətli olmur
81`- Rauf Əliyevin qapıya doğru zərbəsi və top qapıdan keçir. QoooooL! Hesab 1-0
84`- Adamiyanın Raufa ötürməsi, Raufun qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir
87`- `Qarabağ`da oyunçu dəyişikliyi… Zaur Haşimov Əfran İsmayılovu əvəzləyir
88`- Vüqar Nadirov sarı vərəqə alır
90`- Oyuna 3 dəqiqə əlavə olunur
90+1`- Azal cərimə zərbəsini yerinə yetirir, Pavloviç topu dəf edir
90+2`- PAvloviç sarı vərəqə alır
90+3`- Adamiyanın qapı qarşısında ötürməsi… Lakin Muarem topa toxuna bilmir, bu əlverişli vəziyyətdən istifadə edə bilmir
90+4`- Və hakim oyunu bitirir. Qələbə 1-0...

Vurulan qol.... http://www.qarabagh.com/1987/?name=videosif&lang=1 

Paylaş

// pop up