`Qarabağ` - AZAL. 2:0
`Qarabağ` - AZAL. 2:0
1`- Oyun başlayır
4`- Komandalar ərazi üstünlüyünü ələ keçirməyə çalışır
7`- Vaqif Cavadov cərimə zərbəsini yerinə yetirir, top canlı səddən dönür
10`- Muarrem cərimə zərbəsi yerinə yetirir, lakin top müdafiədən dönür
18`- Vüqar cərimə meydançasına daxil olur... qapıya doğru zərbə.. lakin qapıçı çətinliklə topu dəf edir
23`- Azal cərimə zərbəsi yerinə yerinə yetirir, Fərhad topu dəf edir
25`- Komandamızın əks hücumu... Muarem rəqiblərini geridə qoyur.. onun qapıya doğru qüvvətli zərbəsi, lakin top qapı tirinə dəyərək qayıdır
26`- Qayıdan topu Azal oyunçusu əllə saxlasa da hakim davam işarəsi veir
27`- `Qarabağ`ın daha bir təhlükəli hücumu... Qara Qarayevin doqquzluğa doğru qüvvətli zərbəsi... lakin top çox az fərqlə qapı tirinin yanından keçir
32`- Vüqar sarı vərəqə alır
38`- Daha bir hücum...Maksimin Vaqifə ötürməsi, lakin Vaqif topu itirir son anda
41`- Növbəti hücum... Vüqar sürətlə irəliləyir... o qapıçı ilə üzbüz qalır.. lakin qapıçı ona zərbə endirməyə imkan vermir
45`- İlk hissə bitir
46`- İkinci hissə başlayır
48`- Əvvəlcə Muarrem, daha sonra Almeydadan gözəl hərəkətlər..lakin qapıya zərbə olmur
53`- Vaqif sürətlə irəliləyir, lakin ona qarşı kobudluq.. Azal oyunçusu sarı vərəqə alır
54`- Vaqif cərimə zərbəsini yerinə yetirir, qapıya doğru təhlükəli zərbə, lakin qapıçı topu dəf edə bilir
55`- Daha bir təhlükəli hücum... Almeydanın qapı qarşısına gözəl ötürməsi, lakin topa çatan olmur
56`- Azalda oyunçu dəyişikliyi..
58`- Komandamızın hücumu.. qapıya doğru daha bir zərbə, lakin bu da nəticəsizdir
59`- Muarem sürətlə irəliləyir.... o bütün rəqiblərini keçir, qapıçını aldadır və QOOOOL!
61`- Vüqar demək olar ki qapıçı ilə təkbətək qalır, onun qapıya doğru zərbəsi, lakin top qapıdan çox az fərqlə aralı keçir
65`- Almeydanın gözəl ötürməsi... Vaqifin qapıya doğru gözəl zərbəsi və QOOOOOL! Hesab 2-0
68`- Vaqif zədələnir, ona tibbi yardım göstərilir.. `Qarabağ`da ilk oyunçu dəyişikliyi...Vüqarı Əfran İsmayılov əvəzləyir
69`- Azalda 2 oyunçu dəyişikliyi edilir
71`- Azal künc zərbəsi yerinə yetirir, Maksim topu uzaqlaşdırır
74`- `Qarabağ`da oyunçu dəyişikliyi... Vaqifi Rauf Əliyev əvəzləyir
79`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Almeydanı Hacı Əhmədov əvəzləyir
83`- Əfranın qapı qarşısına ötürməsi, Raufun qapıya doğru zərbəsi, lakin müdafiə topun qarşısını alır
87`- Oyunda temp bir qədər düşüb
90`- Oyuna 2 dəqiqə əlavə olunur
90+3`- Oyun bitir və `Qarabağ`ımız 2:0 qələbə qazanır
