`Qarabağ` - AZAL deyil, AZAL - `Qarabağ`

single-news
11 Sen 2012

`Qarabağ` - AZAL deyil, AZAL - `Qarabağ`



`Qarabağ`ımız Premyerliqanın V turunda AZAL-la üz-üzə gələcək. Sentyabrın 16-sında baş tutacaq  adı çəkilən oyuna `Qarabağ` ev sahibliyi etməli idi.  Lakin, ölkəmizdə 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar olaraq cari mövsüm sifariş etdiyimiz Tofiq Bəhramov adına stadionda son tamamlama işləri gedir. Belə də qarşılıqlı razılaşma əsasında `Qarabağ` - AZAL mücadiləsində ev sahibləri `dəyişmişdir`. Ayın 16-sı baş tutacaq görüşə AZAL ev sahibliyi edəcək. 2-ci dövrədəki oyunda isə `Qarabağ`ımız ev sahibliyi hüququndan yararlanacaq. Artıq tərəflər bu barədə Peşəkar Futbol Liqasına müraciət ediblər.
Qeyd edək ki, AZAL - `Qarabağ` oyunu Sentyabrın 16-sında Şüvəlandakı `AZAL-Arena `da keçiriləcək. Oyunun keçirilmə vaxtı 18:30-a təyin olunub.

Paylaş

// pop up