`Qarabağ` AZAL-la oyuna hazırdır

single-news
20 Noy 2010

`Qarabağ` AZAL-la oyuna hazırdır



 `Qarabağ`ımız artıq AZAL-la oyuna hazırdır.  Bu gün komandamız oyunun keçiriləcəyi Şəfa stadionunda sonuncu məşqini edərək oyun saatını gözləməyə başlayıb. Komandamızın çalışması bir saat çəkib. Komandamızda əhval-ruhiyyə qələbə üzərinə köklənib.
Komandamızın çalışmasında zədəlilər də iştirak edib. Əfran İsmayılov fizioterapevtin nəzarətində məşq edib. Maksim Medvedev və Andrey  Rubins qaçmaqla kifayətlənib.  Komandamızda sadəcə Samir Abasov komandayla birgə olmayıb. Əvəzində Emin İmaməliyev artıq komandayla məşqlərdə iştirak edir.
Xatırladaq ki, AZAL - `Qarabağ` oyunu 21 noyabrda 14:00-da Şəfa stadionunda keçiriləcək.

 

Paylaş

// pop up