`Qarabağ` - AZAL. qol səsi çıxmadı.

single-news
19 Sen 2010

`Qarabağ` - AZAL. qol səsi çıxmadı.



1` - Oyun başladı

3` - Komandalar hucum qurmağa çalışır

6` - `Qarabağ`in hücumu... Adamiya qapıçı ilə təkbətək çıxır . Topu ayağında saxlaya bilmir, Vüqarın qapıya doğru zərbəsi... lakin zərbə dəqiq olmur

7` - Komandamızın daha bir hücumu... Lakin qayda pozulur

8` - Adamiya cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru qüvvətli zərbə və qapıçı topu dəf edir. Və Vüqardan daha bir zərbə... Lakin nəticəsizdir

10` - Daha bir hücumumuz... Raufa qarşı kobud oyuna görə cərimə zərbəsi təyin edilir

12` - Adamiya cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru zərbə...  lakin qapıçı yerindədir

15` - Maksim cərimə zərəbəsini yerinə yetirir

17` - `Qarabağ`ın hücumu. Raufdan qapı qarşısına ötürmə.. Vüqarın zərbəsinin qarşısını müdafiəçilər alır

 20`-  Adamiyada qapı qarşısında gözəl ötürmə.. Lakin Rauf topa zərbə endirməyə gecikir

21` - Küncdən zərbəni Adamiya yerinə yetirir. Lakin müdafiəçilər topu uzaqlaşdırır

22` - AZAL-da məcburi oyunçu dəyişikliyi edilir

23` - AZAL cərimə zərbəsi yerinə yetirir. Və top qapının üstündən keçir

24` - Top uğrunda mübarizədə Viktor  zədələnir

26` - AZAL-ın daha bir oyunçusu zədələnir. Elvin Əliyevə meydanın kənarında tibbi yardım göstərilir

29` - Komandamızın hücumu.. Vüqar Nadirovun qapıya doğru zərbəsi ... lakin top dəf edlir. Raufdan daha bir zərbə... lakin top yenə uzaqlaşdırılır

30` - Adamiya küncdən zərbəni yerinə yetirir. Lakin top meydandan çıxarılır

34` - Adamiyadan qapıya doğru sürətli  irəliləmə... zərbə... lakin top meydandan çıxarılır

36` - `Qarabağ` küncdən zərbəni yerinə yetirir. Lakin nəticəsizdir

37` - Vüqar sarı vərəqə alır

38` - Adamiyadan gözəl hərəkətlər... Lakin onun qarşısı alınır

39` - Rəşad Sadiqov sarı vərəqə alır

42` - Adamiya küncdən zərbəni yerinə yetirir. Elşən Poladov topu dəf edir

43` - AZAL oyunçuları küncdən zərbə yerinə yetirir.  Və Fərhad Vəliyev yerindədir

44` - Adamiya offsayta düşür

45` - İlk yarıya 2 dəqiqə əlavə olunur

45+1` - Komandamız hücum qurmağa çalışır. Lakin hücumun qarşısı alınır

45+2` -  Daha bir qol şansı. Elvindən qapıya doğru zərbə... lakin nəticəsizdir. Və hakim ilk hissənin bitdiyini bildirir

46` - İkinci hissə başlayır

49` - AZAL-ın oyunçusu Elvin Əliyev hakimə yersiz etiraza görə sarı vərəq alır

52` - Fərhad topu oyuna daxil edir

53` - AZAL-ın hücumu. Lakin Teliyə qarşı kobudluq edilir

55` - Komandamız hücum qurmağa çalışır. Lakin hücumun qarşısı alınır

56` - Adamiya küncdən zərbəni yerinə yetirir. Qapı qarşısına ötürmə... lakin top uzaqlaşdırlır

57` - `Qarabağ`ın ilk oyunçu dəyişikliyi. Elvin Məmmədovun yerinə Rubins oyuna daxil olur

58` - Küncdən zərbə... Vüqarın başla qapıya zərbəsi... Lakin top qapının üstündən keçir

60` - Daha bir hücumumuz. Təhlükəli ola bilərdi. Lakin nəticəsizdir

63` - AZAL-ın hücumu. Lakin hücumun qarşısı alınır

64` - Komandamızın təhlükəli hücumu. Adamiya qapıçı ilə təkbətək qalır.  Lakin Adamiya daha bir 100 fazlik qol imkanından yararlana bilmir.

66` - `Qarabağ` küncdən zərbəni yerinə yetirir. Qapıya doğru təhlükəli zərbə... lakin top qapının yanından keçir

67` - Adamiya küncdən zərbəni yerinə yetirir. Qapıçı yerindədir.

71` - Oyun açıq-aşkar ``Qarabağ`ın üstünlüyü ilə gedir. Lakin hücumlar nəticə vermir. Hesab hələki açılmayıb

75` - Rəşada qarşı kobudluq. Komandamız sərbəst zərbə yerinə yetirir

77` - Adamiyanın Raufa gözəl ötürməsi. Daha bir qol vurmaq şansımız.. Lakin Raufun qarşısı 3 müdafiəçilə alınır

80` - AZAL-ın ilk oyunçu dəyişikliyi edilir

82` - Rubins küncdən zərbəni yerinə yetirir  və  top uzaqlaşdırılır

83` - Rubinsə qarşı kobudluq. Adamiya cərimə zərbəsi yerinə yetirir. Qapıya doğru zərbə və qapıçı topu dəf edir

86` -  Növbəti təhlükəli vəziyyət... Vüqar Nadirovun qapıya doğru təhlükəli zərbəsi lakin top qapının yanından keçir

89` - AZAL cərimə zərbəsini yerinı yetirir. Lakin müdafiəçilərimiz topu uzaqlaşdırır

90` - AZAL-ın oyunçu dəyişikliyi

90+3` - Hakim oyunun bitdiyini bildirir. Oyun 0-0 hesabı ilə başa çatır

 

Paylaş

// pop up