`Qarabağ` Azərbaycan 0 - 0 `Gloriya` Rumıniya

single-news
25 Yan 2010

`Qarabağ` Azərbaycan 0 - 0 `Gloriya` Rumıniya



 `Qarabağ` Futbol komandası Antalya təlim məşq toplanışının son günündə ikinci matçını keçirdi və bununla da hazırlıq prosesini yekunlaşdırdı. Rəqib Rumıniya super liqa təmsilçisi `Gloriya` idi..

`Qarabağ`(start heyəti) - Fərhad Vəliyev, Admir Teli, Rəşad Sadıxov, Elnur Allahverdiyev, Maksim Medvedev,Aslan Kərimov, Rəşad Sadiqov, Georgiy Adamiya, Əfran İsmayılov, Elvin Məmmədov, Rauf Əliyev.

İdeal heyətlə oyuna başlayan komandamız ilk dəqiqələrdən ərazi üstünlüyünü ələ aldı. Rəqib komandanın da topla gözəl oynaması səbəbindən çox baxımlı alınan oyunda ilk təhlükəli vəziyyəti komandamız yaratdı. Rəşad Sadiqovun gözəl ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Rauf mübarizədən məğlub ayrıldı. Cəmi 10 dəqiqə sonra bu dəfə Adamiyanın iki oyunçunu arxada qoyması rəqib üçün təhlükəli alındı. Amma son zərbə dəqiq olmayında hesab açılmadı. Pressinq tətbiq etməyə çalışan rəqibə qısa ötürmələrlə və top saxlama ilə cavab verən komandamız oyun boyu meydanın mərkəzinə hakim oldu. İstər Elvin, istər Əfran və Adamiya mərkəz və cinahlardan hər keçidi təhlükəli alınırdı. Belə epizodların birində Əfran qapıçı ilə üzbəüz qalsa da dəqiq zərbə əvəzinə ötürmə verməyə çalışdı ki, buda nəticəsiz hücum kimi yadda qaldı...

Təlim məşqin beşinci - sonuncu oyununda komandamız qolsuz heç-heçə ilə kifayətlənməli oldu...

`Qarabağ` - Gloriya : FOTOQALEREYA

Paylaş

// pop up