`Qarabağ` AZƏRBAYCAN 1 - 0 `Anji` RUSİYA
`Qarabağ` AZƏRBAYCAN 1 - 0 `Anji` RUSİYA
Bu gün `Qarabağ` Futbol komandası Antalya təlim məşq toplanışı çərçivəsində ilk yoldaşlıq matçını keçirdi. Rəqib Rusiya Premyer liqa təmsilçisi `Anji` komandası idi.
`Qarabağ`(start heyəti)- Fərhad, Rəşad Sadıxov, Teli, Elnur, Maksim, Aslan, Emin, Rəşad Sadiqov, Əfran, Borut Semler, Rauf.
Oyun sakıt məcrada başlasa da dəqiqələr ötdükcə komandamız üstünlüyü ələ almağa başladı. Həm `Anji` həm də `Qarabağ` baxışa gələn futbolçularını ikinci hissəyə saxlayaraq, əsas futbolçulara üstünlük verdiyindən maraqlı oyun müşahidə olunurdu. Oyunun 9-cu dəqiqəsində `Qarabağ` matçın qapıya doğru yönəlmiş ilk zərbəsini reallaşdırdı. 11-ci dəqiqədə isə Maksimin ötürməsini Rauf boş qapıya göndərə bilmədi. Hissənin ortalarına doğru tam üstünlüyə yiyələnən komandamız 23-cü dəqiqədə daha bir yüz faizlik qol imkanından yararlana bilmədi. Bu epizodda Rauf qapıçı ilə təkbətək mübarizədən məğlub ayrıldı. Hissənin sonlarında öncə Telinin aldadıcı zərbəsi, az sonra isə Rəşadın uzaq məsafədən zərbəsi qapıdan azacıq aralı keçdi...
İkinci hissədə Rəşad Sadiqov və Sadıxovdan başqa bütün futbolçular əvəzləndi. Bunun nəticəsi olaraq `Anji` hissənin əvvəllərində üstünlüyü ələ aldı. Bu üstünlük 51-ci dəqiqədə qapımıza qolla nəticələnə bilərdi. Lakin qapıçımız Sahil Kərimovun inamlı oyunu bunun qarşısını aldı. Matç ərzində yeganə olan bu qol imkanının əvəzini isə komandamız artıqlaması ilə çıxa bildi. Öncə Maksim Fyodorovun iki futbolçunu keçərək qapıçı ilə təkbətək qalması son zərbənin zəif olması səbəbindən məntiqi sonluqla bitmədi. Daha sonra Rəşad Sadiqov meydanın mərkəzindən gözəl hərəkət və ötürmələrlə rəqibi topsuz qoya bildi. Lakin qapıya son zərbə qapıçının düz üstünə yönəldiyindən qol səsi gəlmədi. Qol isə matçın sonlarında yenidən meydana girmiş Raufdan gəldi. Maksim Fyodorovun sol küncdən gözəl ötürməsini eyni gözəlliksə saxlayaraq, rəqib müdafiəçini arxada qoyan Rauf uzaq küncü nişan aldı... Bununla da `Qarabağ`ımız ilk yoldaşlıq görüşündən inamlı oyun və gözəl qələbə ilə ayrıla bildi...
Matçdan fotogörüntülərlə aşağıdakı bölümə daxil olmaqla tanış ola bilərsiniz:
`Qarabağ` 1-0 `Anji` : FOTOQALEREYA