"Qarabağ" Azərbaycan kubokunu qazandı!

single-news
28 May 2022

"Qarabağ" Azərbaycan kubokunu qazandı!



"Qarabağ" Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün qalibi oldu. 

 

Komandamız finalda “Zirə” ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında rəqibini 4:3 məğlub edən komandamız turnirin qalibi olub.

 

Beləliklə, "Qarabağ" 7-ci dəfə Azərbaycan kubokunu qazandı. Komandamız bu mövsüm həm də Azərbaycan çempionu olub.

Paylaş