`Qarabağ` - `Bakı`. 2:1
`Qarabağ` - `Bakı`. 2:1
`QARABAĞ`: Fərhad Vəliyev, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadiqov, Vüqar Nadirov, Əfran İsmayılov, Rəşad Sadıqov, Namiq Yusifov, Admir Teli, Ansi Aqolli, Roşa
`BAKI`: Marko Şarlija, Maris Verpakovskis, Deniss İvanovs, Vadim Borets, İbrahim Karqbo, Xavier Vilson, Elvin Məmmədov, Elvin Əliyev, Əziz Quliyev, Vinston Parks, Aleksandar Soliç
1`- Oyun başlayır
3`- `Qarabağ` hücumu.. Qara Qarayevin qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
5`- Növbəti hücum… Rəşadın zərbəsi qeyri dəqiq olur
8`- `Qarabağ`ın əks hücumu… Əfran Sürətlə irəliləyir, lakin müdafiəçilər topu meydandan çıxarır
9`- Roşa künc zərbəsini yerinə yetirir, Admir Teli topu qapıya göndərir. QOOOL! Hesab açılır
11`- Komandamızın əks hücumu… Əfran sürətlə irəliləyir, lakin o topu itirir
15`- `Bakı` hücumu.. Maksim hücumun qarşısını alır
17`- `Bakı` cərimə zərbəsini yerinə yetirir, Rəşad Sadıqov topu uzaqlaşdırır
18`- `Qarabağ`ın əks hücumu… Roşa sürətlə irəliləyir, Əfrana ötürmə, lakin Əfran topu saxlaya bilmir, top meydandan çıxır
20`- Roşa topu rəqibindən alır. Roşanın qapıya doğru uzaqdan zərbəsi, top qapının yanından keçir
22`- Vüqar künc zərbəsini yerinə yetirir, Rəşad Sadiqovun qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
23`- `Qarabağ`ın təhlükəli hücumu… Vüqarın qapıya doğru zərbəsi, lakin top qapıdan azacıq fərqlə aralı keçir
25`- `Bakı` oyuçusu sarı vərəqə alır
27`- Maris Verpakovskis kobud oyuna görə sarı vərəqə alır
30`- Roşadan gözəl oyun.. lakin ona qapıya zərbə enirməyə imkan vermirlər
33`- Oyunun tempi bir qədədr aşağı düşüb
36`- `Bakı` hesabı bərabərləşdirir
38`- `Qarabağ` hücumu.. lakin müdafiəçilər topu uzaqlaşdırır
39`- Daha bir hücum.. Əfrandan cərimə meydançasındakı Rəşad Sadiqova ötürmə, Lakin Rəşadın qapıya zərbəsini qapıçı dəf edir
43`- Roşa cərimə zərbəsini yerinə yetirir. lakin zərbə qüvvətli olmur
45`- Roşa künc zərbəsini yerinə yetirir, top meydadan çıxarılır. Hakim ilk hissəni bitirir
46`- İkinci hissə başlayır
48`- Roşadan divar ötürməsi, və Rəşad Sadiqov topu tordan keçirir. QOOOOL! Hesab 2-1
50`- `Qarabağ`dan daha bir hücum… Aqollinin sağ cinahdan qapıya zərbəsi, lakin tqapıçı topu dəf edir
54`- Növbəti hücum… Rəşad Sadiqovdan qapıya doğru möhtəşəm zərbə, lakin top qapı tirinə dəyir
56`- `Bakı` cərimə zərbəsini yerinə yetirir. Top uzaqlaşdırılır
60`- Komandamızın hücumu…Vüqarın zərbəsi qapının üstündən keçir
62`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi… Vüqarı Adamiya əvəzləyir
64`- `Bakı` hücumu.. Juniorun zərbəsi qapının üstündən keçir
67`- Maksim sarı vərəqəlır
68`- `Qarabağ`da oyunçu dəyişikliyi… Roşanı Rauf Əliyev əvəzləyir
73`- `Qarabağ` hücumu… Aqollinin zərbəsi, lakin top qapının stündən keçir
75`- Qara Qarayevin uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
78`- Raufun iki dəfə əlverişli mövqeden qapıya zərbəsi, qapıdan yan keçir
80`- Əfran qapıçı ilə təkbətək qalsa da, son anda qapıçını keçə bilmir
84`- Borets sarı vərəqə alır
85`- `Qarabağ`da son oyunçu dəyişikliyi… Bəxtiyar Soltanov Əfranı əvəzləyir
88`- Rəşad Sadiqov sarı vərəqə alır
90+1`- Rauf qapıçını keçsə də, boş qapıya zərbə endirməyə gecikir
90+3`- Rəşad Sadiqov əlverişli mövqedən istifadə edə bilmir. Oyun bitir