"QARABAĞ" "BAKI-2"Nİ 6 QOLLA KEÇDİ

single-news
17 Noy 2007

"QARABAĞ" "BAKI-2"Nİ 6 QOLLA KEÇDİ



Milli komandaların çıxışına görə yaranan fasilədən maksimum yararlanmaq üçün “Qarabağ” Futbol Klubu yoldaşlıq matçı keçirərək futbolçuların hazırlıq vəziyyətinin aydınlaşdırmağa çalışıb. Və bu məqsədlə seçilən rəqib “Bakı-2” kollektivi olub.

Komandamız Buzovna stadionunda baş tutan görüşə bu heyətlə çıxıb.  Vadim Naumov,Hüseyn İsgəndərov, Mamadouba Soumah, Nodar Məmmədov, Azər Məmmədov, Qoqa Beraya, İsabala İsrafilov, Murad Ağakişiyev, Elçin Xəlilov, Kənan Kərimov, İrakli Beraya.

Komandamız oyuna sürətlə başladı. Artıq 15-ci dəqiqədə sol cinahdan sürətlə irəliləyən İrakli Beraya qapıya doğru qarşısıalınmaz zərbə vurdu. 1:0. Qoldan sonra hücumlarını davam etdirən komandamız ilk yarının son dəqiqəsində hesab arasındakı fərqi artıra bildi. İraklinin ötürməsini Kənan qola çevirdi.

İkinci yarıda  isə komandamız rəqibi meydana çıxmağa peşiman etdi. Fasilədən sonra meydana çıxan Viktorun dublunu rəsmiləşdirməsindən sonra Kənan da nigeriyalının uğurunu təkrarladı. Lakin qol şousu bununla bitmədi. Murad Ağakişyev adını qol vuranların yanına yazdıraraq komandamızın 6:0-lıq qələbəsini rəsmiləşdirdi.

Paylaş

// pop up