`Qarabağ` - `Bakı`. 38 duel. Rəqəmlər

single-news
27 Okt 2011

`Qarabağ` - `Bakı`. 38 duel. Rəqəmlər



Sabah premyerliqanın ilk dövrəsinin son turunda komandamız `Bakı`nı qəbul edəcək. Daim çəkişməli mücadilələrlə yadda qalan  qarşıdurmanın startından 15 il ötür. İlk dəfə `Qarabağ`ımız o vaxtlar `Dinamo` adlanan komandayla 1996-ci ildə üz-üzə gəlib. Geridə qalan müddətdə tərəflərin ümumilikdə 38 görüşü baş tutub. Bu oyunların 4-ü kubok çərçivəsində baş tutub. Maraqlıdır ki, qarşıdurmanın tarixçəsində demək olarki bütün rəqəmlər eynidi. Belə ki, Quzanlı qəsəbə stadionunda baş tutacaq 39-cu macadək tərəflər hərəyə 13 qələbə qazanıblar. 12 görüşdə isə meydanda sülh qeydə alınıb. Qolların sayında da inanılmaz yaxınlıq var. İndiyə kimi 43 dəfə `Bakı`nı məyus etsək də 42 topu qapımızdan çıxarmağa məcbur olmuşuq. 
Ötən mövsüm tərəflərin qarşıdurmasında balans pozulmayıb. Ötən il Oktyabrın 20-sində Tofiq  Bəhramov adına stadionda ev komandası statusunda çıxış edən `Qarabağ`ımız Adamiyanın dublu sayəsində 2:0 qələbə qazanıb. Noyabrın 13-də isə bu dəfə eyni məkanda qonaq kimi eyni hesabla məğlub olmuşuq. Tərəflərin final mərhələsindəki oyunlarında isə qələbə qazanan olmayıb. Bu ilin Aprelin 14-də mərkəzi arenada qol səsi çıxmayıb. Mayın 1-də isə Suraxanıda qollu heç-heçə qeydə alındı. Zaur Həşimovun avtoqolu və Vaqif Cavadovun fərqlənməsiylə 2:0 önə keçən komandamız 2-ci yarıda Adamiya və Telinin qollarıyla status-kvonu bərpa edib.
 
Bütün `Qarabağ` - Bakı` duelləri
ç 1996 - 97  1:1
ç 1996 - 97  6:1
ç 1997 - 98  0:1
ç 1997 - 98  0:3
ç 1998 - 99  0:2
ç 1998 - 99  2:1
ç 1998 - 99  0:0
ç 1998 - 99  3:0
ç 1999 - 00  0:1
ç 1999 – 00  0:0
ç 2000 - 01  0:1
ç 2000 - 01  4:2
ç 2001 - 02  1:0
ç 2001 - 02  3:0
ç 2003 - 04  2:1
ç 2003 - 04  0:1
ç 2004 - 05  2:0
ç 2004 - 05  1:1
k 2005 - 06  3:2
ç 2005 - 06  2:4
k 2005 - 06  0:0
ç 2005 - 06  1:2
ç 2006 - 07  0:0
ç 2006 - 07  1:1
ç 2007 - 08  1:1
ç 2007 - 08  0:0
ç 2008 - 09  0:2
ç 2008 - 09  0:2
k 2008 – 09  2:1
k 2008 – 09  2:1
ç 2009 - 10  1:0
ç 2009 - 10  0:0
ç 2009 – 10 0:2 Final Mərhələsi
ç 2009 – 10 1:4 Final Mərhələsi
ç 2010  - 11 2:0
ç 2010  - 11 0:2
ç 2010  - 11 0:0 Final mərhələsi
ç 2010  - 11 2:2 Final mərhələsi

Qeyd: Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsus olub istifadə zamanı istinad zəruridir.


 

 

Paylaş

// pop up