`Qarabağ` - Bakı`. Bəs bu dəfə? Bütün görüşlər...

single-news
22 Dek 2009

`Qarabağ` - Bakı`. Bəs bu dəfə? Bütün görüşlər...



İlin son turunda Azərbaycan çempionatının ən prinsipial görüşlərindən biri baş tutacaq. Artıq derbi sayılan “Bakı” – “Qarabağ” matçı ölkədə maraqla izlənilir. Tərəflərin gərgin mübarizəsinə premyerliqada ilk dəfə Quzanlı şahidlik edəcək.

2004-cü ildə “Bakı” yaranandan mücadilələri daim maraqla izlənən komandaların bu dəfəki dueli nə vəd edir? Turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq daim öz oyun üslubu ilə fərqlənən komandaların dueli həm də son titulların sahibi kimi  də az maraq doğurmur. Tarixə nəzər saldıqda komandaların mübarizəsi hər zaman gərginliyi ilə yadda qalıb. “Bakı” “Dinamo”ya xələfinə çevrildikdən sonra ilk mübarizə 2004-cü ildə baş tutub. Komandamız 2:0 hesabıyla qalib gəlib. Cavab görüşü isə 1:1 hesabıyla başa çatıb. Maraqlıdır ki, tərəflər adətən sülhə üstünlük verirlər. Amma son 3 qarşılaşmadan komandamız qələbə ilə ayrıldığını qeyd edək.

Baş tutacaq derbi sayca 28-cı olacaq. İndiyə kimi keçirilmiş 27 oyunda 9 qələbə, 10 məğlubiyyət və 8 heç-heçə qeydə alınıb. Tərəflərin son qarşılaşmasında komandamız qələbə qazanıb. Səfərdə keçirdiyimiz ilk macda Aslanın möhtəşəm qolu ilə qalib gəlmişdik. Elə ötən mövsüm də kuboka gedən yolda yarımfinalda hər 2 macda rəqibi 2:1 hesabıyla məğlub etmişdik.

 
Bütün `Qarabağ` - Bakı` duelləri

ç 199697 1:1

ç 199697  6:1

ç 199798 0:1

ç 199798  0:3

ç 199899 0:2 

ç 199899  2:1

ç 199899  0:0

ç 199899  3:0

ç 19990 0:1

ç 19990 0:0

ç 20001 0:1

ç 20001 4:2

ç 20012 1:0

ç 20012 3:0

ç 20034 2:1

ç 20034  0:1

ç 20045 2:0

ç 20045 1:1

k 20056 2:4

ç 20056 3:2

k 20056 2:1

ç 20056 0:0

ç 20067 0:0

ç 20067 1:1

ç 20078 1:1

ç 20078 0:0

ç 20089 0:2

ç 20089 0:2

ç 20089 1:0

Paylaş

// pop up