`Qarabağ` - `Bakı`. Əzmkarcasına, 2:2
`Qarabağ` - `Bakı`. Əzmkarcasına, 2:2
`QARABAĞ`: Boyan Pavloviç, Zaur Həşimov, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Nderim Nedzipi, Əfran İsmayılov, Admir Teli, Rauf Əliyev, Ansi Aqolli, Georgi Adamiya
Baş məşqçi: Qurban Qurbanov
`Bakı`: Xalidu Sissoko, Vaqif Cavadov, Adnan Bereket, Vyaçeslav Sofroni, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Əziz Quliyev, Aleksey Savinov, Stevan Bates, Ruslan Leviqa, Aleksandr Soliç
Baş məşqçi: Aleksandr Starkov
1`- `Qarabağ` oyuna başlayır
2`- `Qarabağ`ın hücumu... lakin müdafiəçilər top meydandan çıxarır
3`- Nedzipi künc zərbəsini yerinə yetirir... Əfranın qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
5`- Növbəti hücum... Adamiyanın Aqolliyə ötürməsi dəqiq olmur
8`- `Bakı` cərimə zərbəsini yerinə yetirir, və Bayon Pavloviç topu dəf edir
13`- Sofroninin qapıya doğru zərbəsi və top qapının üstündən keçir
15`- Əfrana qarşı qayda pozulur. Nedzipi cərimə zərbəsini yerinə yetirir, lakin nəticəsizdir
17`- `Qarabağ` hücumu... lakin Əfran yıxılaraq topu itirir
20`- Adamiyanın qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir. Hücum davam edir, lakin Əfran topa zərbə endirə bilmir
22`- `Bakı` hesabı açır 1-0. Maksimə meydandan kənarda tiibi yardım göstərilir
25`- Fabio Ramim sarı vərəqə alır. `Bakı` hücumu... və top qapıdan keçir. Hesab 2-0
27`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Rəşad Sadıqov Maksim Medvedevi əvzələyir
29`- Nedzipinin Adamiyaya ötürməsi.. Adamiyanın zərbəsinə müdafiəçilər mane olur
31`- Adamiya irəliləyir, onun daban ötürməsinə Aqolli çatmır
32`- Nedzipinin ötürməsi... Adamiyanın qapıya doğru zərbəsi, lakin qapıçı son anda topu dəf edir
34`- Nedzipinin Raufa, Raufun Əfrana ötürməsi, lakin Əfranın qapıya doğru zərbəsi dəqiq olmur
35`- Daha bir hücum... Adamiyanın Rəşada ötürməsi, lakin Rəşad zərbə endirməyə imkan tapmır
36`- Hücum davam edir... Adamiyanın qapıya doğru zərbəsi, qapıçı topu çətinliklə dəf edir
38`- Raufun qapıya doğru zərbəsi, lakin topu qapı tirinə dəyir
39`- Əfrana qarşı qayda pozulur. Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə və top çox az fərqlə qapının üstündən keçir
40`- Daha bir hücum.. Nedzipinin qapıya doğru zərbəsi... top bu dəfə də cox az fərqlə qapının yanından keçir
41`- Əfran sürətlə irəliləyir. o üç rəqibinin əhatəsində çıxır, lakin ona qarşı qayda pozulur. `Bakı` oyunçusu sarı vərəqə alır
42`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, lakin top rəqiblərdən qayıdır
44`- Növbəti hücum.. Nedzipinin Adamiyaya ötürməsi, lakin Adamiya topu itirir
45`- Raufa qarşı kobudluq.. Stevan Bates sarı vərəqə alır
45+1`- Əfranın Adamiyaya ötürməsi, lakin Adamiya qapıya zərbə endirməyə gecikir. Və ilk hissə bitir
46`- İkinci hissəyə `Bakı` oyunçu dəyişikliyi ilə başlayır. Fabio Ramimi Mahmud Qurbanov əvəzləyir
49`- Rəşadın Adamiyaya ötürməsi... Adamiyanın qapıya doğru zərbəsi, lakin top qapının yanından keçir
52`- Daha bir hücum... Nedzipini qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
56`- Hər iki komandada oyunçu dəyişikliyi... `Qarabağ`da Elvin Məmmədov Nedzipini, `Bakı`da Soliçi Osvaldo əvəzləyir
59`- `Qarabağ` hücumu... Əfranın qapı qarşısına ötürməsi qeyri dəqiq olur
60`- Əfran sürətlə irəliləyir... onun Adamiyaya gözəl ötürməsi, Adamiya topu qapıdan keçirir. Qooool.. hesab 1-2
62`- Daha bir hücum... Əfran sürətli irəliləyir, lakin onun qapıya doğru zərbəsinə müdafiəçi mane olur
63`- Növbəti hücumumuz... Rauf qapıçını aldadır, lakin o qapıya zərbə endirməyə gecikir
65`- `Qarabağ` hücumu... lakin Əfran zərbə üçün gecikir
66`- Vaqifin qapıya doğru zərbəsi və top qapıdan aralı keçir
70`- Elvin künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
71`- Adamiyanın qapıya doğru zərbəsi, laki top qapının üstündən keçir
74`- `Bakı`da oyunçu dəyişikliyi...
76`- `Bakı` künc zərbəsini yerinə yetirir. Pavloviç topu tutur
77`- Raufun Əfrana ötürməsi, lakin Əfran topa çatmır
78`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, lakin top meydandan çıxarılır. Dərhal künc zərbəsi yerinə yetirirlir. Adamiyanın qapıya doğru zərbəsi və top bu dəfə də qapı tirinə dəyir
80`- `Qarabağ`da oyunçu dəyişikliyi... Vüqar Nadirov Zaur Həşimovu əvəzləyir
84`- Əfran ofsayta düşür
85`- Növbəti hücum... lakin Rauf zərbə endirə bilmir
88`- Daha bir hücum.. lakin Vüqarın zərbəsi qeyri dəqiq olur
89`- Rəşad Sadıqov künc zərbəsini yerinə yetirir. Admir Teli topu qapıdan keçirir... və QOOOOOL... Hesab 2-2
90+1`- Əfranın qapıya doğru zərbəsi, lakin qapıçı çətinliklə topu dəf edir
90+2`- Rəşad Sadıqov künc zərbəsini yerinə yetirir, Əfranın qapıya doğru zərbəsi, top bu dəfə də qapıdan az fərqlə aralı keçir. Xalidu Sissokosarı vərəqə alır
90+3`- Elvinin qapıya doğru zərbəsi və top yenə qapıdan aralı keçir. Və hakim oyunu bitirir