`Qarabağ` `Bakı` ilə oyuna hazırdır
19 Okt 2010
`Qarabağ` `Bakı` ilə oyuna hazırdır
`Qarabağ`ımız `Bakı` ilə oyuna hazırdır. Premyerliqanın 4-cü turundan təxirə salınmış oyunda komandamız paytaxtın eyniadlı təmsilçisini qəbul edəcək. Artıq komandamız `Bakı`yla oyunun hazırlıqlarını tamamlayaraq oyun saaatını gözləməyə başlayıb.
Bazar günü `Simurq`la qarşılaşdıqdan sonra komandamız səhər tək çalışmayla kifayətlənmişdi. Axşamdan bazaya yığışan komandamız `Bakı`yla oyuna köklənib. Bu gün səhər komandamız 10:30-da məşqini edib. Komandamızda itkilərlə bağlı vəziyyət dəyişməz qalıb. Samir Abbasov hələ də məşqlərə qatılmasa da, Maksim Medvedev artıq çalışmalara başlayıb. Gənc müdafiəçi səhər qaçışla kifayətlənib.
Xatırladaq ki, `Qarabağ` - `Bakı` oyunu sabah 16:00-da Tofiq Bəhramov adına respublika keçiriləcək.