`Qarabağ` - `Bakı`. Möhtəşəm qələbə, 2:0
`Qarabağ` - `Bakı`. Möhtəşəm qələbə, 2:0
`Qarabağ`: Fərhad Vəliyev, Qara Qarayev, Zaur Haşimov, Elvin Məmmədov, Emin İmaməliyev, Devran Ayhan, Admir Teli, Rəşad Sadiqov, Rauf Əliyev, Adamiya, Aqolli
`Bakı`: Marka Şarliya, Adnan Bərəkət, Dare Nibombe, Stefan Borbikoni, Cəmşid Məhərrəmov, Ernad Skuliç, Junior Osvaldo, Vaqif Cavadov, Fabio Luis Ramim, Vyaçeslav Sofroni, Aleksandr Soliş
Hakim: Elçin Məmmədov
1`- Oyuna `Qarabağ` başlayır
3`- Emin küncdən zərbəni yerinə yetirir. Fabio topu uzaqlaşdırır
7`- `Qarabağ`ın hücumu… Müdafiəçilər Raufa zərbə vurmağa imkan vermir
10`- Komandamız hücum qurmağa çalışır. Adamiya irəliləyir.. lakin onun hücumunun qarşısı alınır
14`- Eminin Adamiyaya gözəl ötürmə… Adamiyanın qapıya doğru təhlükəli zərbəsi… lakin qapıçı top dəf edir
15`- Oyun hələki `Qarabağ`ın üstünlüyü ilə gedir
20`- Elvinin qapı qarşısına uzun ötürmə… lakin topa çatan olmur
21`- Növbəti hücumumuz… lakin top meydan çıxarılır
22` - Emin küncdən zərbəni yerinə yetirir. Lakin top uzaqlaşdırılır
23`- Daha bir qol vurmaq şansımız… Rauf Əliyev zərbə vurmağa gecikir
24`- Elvinin rəqib qapı qarşısıda təhlükələli yerdədir… lakin zərbəni vurmağa imkan verilmir
24`- Adamiya irəliləyir.. o qapıçı ilə təkbətək qalır və qapıçını da aldadaraq topu qapıdan keçirir. QOOOOOOOL! Hesab açılır 1-0
27`- Daha bir təhlükəli hücumumuz… Adamiyanın zərbəsi lakin nəticəsizdir
28`- Emin küncdən zərbəni yerinə yetirir. Lakin Skuliç topu uzaqlaşdırır
30`- Adamiya küncdən zərbəni yerinə yetirir. Rəşad sadiqovun uzaqdan qapıya doğru zərbəsi.. lakin top qapının üstündən keçir
35`- `Qarabağ` hücum qurmağa çalışır. Lakin top meydandan çıxarılır. Emin növbəti küncdən zərbəni yerinə yetirir. Dare Nibombe topu meydan çıxarır
39`- Eminə qarşı kobudluq və zədələnərək oyunu tərk edir
41`- Emini əvəzinə meydana Rəşad Kərimov vaxil olur
42`- `Qarabağ`ın əks hücumu… Elvin Məmmədov irəliləyir… qapıya doğru zərbə… lakin top qapıadn aralı keçir
44`- Aqolli irəliləyir… lakin top meydandan çıxarılır
45`- Rəşad Kərimov küncdən zərbəni yerinə yetirir. Müdafiəçilər topu uzaqlaşdırır
45+1`- Hakim birinci hissənin bitdiyini bildirir
46`- İkinci hissəyə `Bakı` başlayır
47`- `Qarabağ` hücumu.. Adamiya irəliləyir… lakin hücum o qədər inamlı olmadı. Daha bir hücumumuz… Qapı qarşısına uzun ötürmə… Lakin topa çatan olmadı
48`- Rauf Əliyev bütün müdafiəçilərdən keçir… O qapçı ilə üzbəüz qalır… lakin zərbə endirməyə azacıq gecikir və qapıçı topu dəf edir. Demək olar ki, 100 faizlik qol şansından istifadə edə bilmirik
52`- `Bakı` heyətində ilk dəyişiklik… Dare Nibombeni Bəxtiyar Soltanov əvəzləyir
55`- `Bakı` cərimə zərbəsi yerinə yetirir. Skuliç zərbəsi və top meydandan çıxır
56`- Əks hücumumuz… Raufun Rəşada gözəl ötürməsi… Rəşad Kərimovun qapıya doğru qüvvətli zərbəsi lakin top qapının yanından keçir
57`- `Bakı`da növbəti oyunçu dəyişikliyi
59`- `Bakı` hücum qurmağa çalışır.. Lakin Admir Teli hücumu qırır
60`- Elvin irəliləyir.. Lakin Marko Şaliya topa daha tez çatır
62`- `Bakı` hücumu… Solişin uzaqdan qapıya doğru zərbəsi lakin top qapıdan aralı keçir
66`- `Qarabağ`ın hücumu… Rəşad Kərimovun Adamiyaya ötürməsi… Və Adamiya topu qapıdan keçirir... QOOOOOOOOL! Hesab 2-0
67`- `Qarabağ`da oyunçu dəyişikliyi… Adamiyanın əvəzinə meydana Aslan Kərimov çıxır
69`- Daha bir `Qarabağ` hücumu… Elvinin gözəl ötürməsi və Rəşad Kərimovun Qapıya doğru qüvvətli zərbəsi və top qapının üstündən keçir
71`- `Bakı` küncdən zərbəni yerinə yetirir və Fərhad Vəliyev yerindədir
72`- Devran Ayhan irəliləyir və qapı qarşısına ötürmə… lakin dəqiq olmur
73`- Cefforson sarı vərəqə alır
77`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi… Rəşad Sadiqovu Vüqar Nadirov əvəzləyir
79`- Növbəti əks hücum… Qapı qarşısına uzun ötürmə… Vüqarın Aqolliyə ötürməsi… Lakin Aqolli zərbə vurmağa tələsir
80`- Devran Ayahana qarşı kobudluq və Osvaldo sarı vərəqə ilə cəzalandırılır
82`- `Bakı`nın hücumu… Cefforsonun qapıya doğru zərbəsi və top qapının yanından keçir
84`- Hakimə qarşı etirazına görə Vüqar Nadirov sarı vərəqə alır
85`- `Bakı`da sonuncu oyunçu dəyişikliyi… Fabionun əvəzinə meydana Mahmud Qurbanov çıxır
88`- `Bakı`nın hücumu.. Zaur Haşımov topu meydandan çıxarır. Küncdən zərbə… müdafiəçilərimiz topu uzaqlaşdırır
90`- `Qarabağ`ın əks hücumu… Lakin nəticəsizdir
90+2`- Komandamızın daha bir hücumu… Skuliç qaydanı pozur
90+3`- Rauf Əliyev irəliləyir. lakin top meydan çıxır… Və hakim oyunun bitdiyini bildirir.
Beləliklə, `Qarabağ` bugün möhtəşəm oyun göstərərək qələbə qazandı.