`Qarabağ` - `Bakı`. Qol və fotolar
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5456.jpg)
`Qarabağ` - `Bakı`. Qol və fotolar
`Qarabağ`ımız premyerliqanın ilk dövrəsinin son turunda `Bakı`yla üz-üzə gəldi. `Qarabağ`ımızın Quzanlıya 2 aylıq fasilədən sonra dönüşü uğurlu oldu. `Zolaq`lılarla görüşə komandamız hücumlarla başladı. Çox keçmədən komandamız hesabı açdı. Görüşün 7-ci dəqiqəsində Admir Teli hər kəsdən yüksəyə qalxaraq başla qonaqları məyus etdi. Teli bu stadionda axırıncı dəfə 2010-cu ilin Martın 7-sində `Xəzər-Lənkəran`a qarşı kubok mücadiləsinin ¼ final mərhələsində fərqlənmişdi. Oyunun gedişatında `Bakı` Verpakovskisin kuryoz qolu ilə hesabı bərabərləşdirsə də, 2-cin yarı başlayan kimi komandamız dərhal hesabda önə keçdi. Çoxgedişli kombinasiya nəticəsində Roşa bu dəfə Sadiqovu tapdı, 28 yaşlı yarımmüdafiəçi isə şansını boşa vermədi. 2-ci yarının geridə qalan bölümündə komandalar qola yaxın olsa da, görüşdə hesab dəyişmədi və `Qarabağ` 2:1 hesablı qələbə qazandı.
`Qarabağ` - `Bakı` oyunun qolları CANLI QOLLAR bölümündə...
http://www.qarabagh.com/1987/?name=videosif&lang=1
`Qarabağ` - `Bakı` oyunundan maraqlı anlaq FOTOQALEREYA bölümündə...
http://www.qarabagh.com/1987/?name=photoview&phid=388&lang=1