`Qarabağ` `Bakı` üçün
12 Apr 2011
`Qarabağ` `Bakı` üçün
`Qarabağ`ımız `Bakı`yla oyunun hazırlıqlarına başlayır. Bazar günü `Xəzər-Lənkəran`la qarşılaşan komandamız dünən yüngül çalışma yerinə yetirib. `Sərin`in idman kompleksində baş tutan çalışma 1 saat davam edib. Bərpaedici xarakter daşıyan çalışmanın ardından bu gün komandamız günü tək məşqlə keçirəcək. Aprelin 16-sı `Bakı`nın qonağı olacaq komandamız Suraxanı qəsəbə stadionunda çalışmasına 17:00-da start verəcək.