`Qarabağ` `Bakılı`nı məğlub etdi
27 Fev 2010
`Qarabağ` `Bakılı`nı məğlub etdi
`Qarabağ` Futbol Klubu milli oyunlarla əlaqədar olaraq yaranmış fasilədə yoxlama oyunu keçirib. Komandamız ikinci liqa təmsilçisi `Bakılı`nı Suraxanıda qəbul edib. Milliyə yollanan futbolçulardan əskik olaraq meydana çıxan komandamız meydana bu heyətlə çıxmışdı.
Sahil, Aftandil, Aslan, Nodar, Kamil, Namiq, Ramin, Natiq, Emin, Adamiya, Röyal.
Komandamız oyunda göründüyü kimi əvəzedici heyətin futbolçuların da imkanlarından yararlanıb. Görüşdə isə komandamız 2 qol vurub. Zədədən yeni dönən Emin İmaməliyev və əvəzedici heyətdən Röyal Nəcəfovun vurduğu qollarla komandamız 2:0 hesabıyla qalib gəlib.