`Qarabağ` Bakıya dönür
7 Mar 2011
`Qarabağ` Bakıya dönür
`Qarabağ`ımız artıq Bakıya dönür. Final mərhələsi öncəsi Antalyada təlim-məşq toplanışı keçən komandamız 1 həftəlik hazırlığını başa vuraraq vətənə qayıdır. Dünən `Ska-Enerji` ilə yoxlama oyunu keçirən və 3:1 hesabıyla qalib gələn komandamız bu gün artıq Bakıda olacaq. Komandamız Bakı saatıyla 12:30-da Antalya – İstanbul – Bakı reysiylə yola düşüb. Axşam saat 7 raddələrində komandamız Bakıya çatacaq. Komandamız sabahdan məşqlərə yenidən başlayacaq.