`Qarabağ` Bakıyla vidalaşdı

single-news
5 İyl 2010

`Qarabağ` Bakıyla vidalaşdı



`Qarabağ` Bakıda sonuncu məşqini etdi  və Makedoniyaya yola düşməyə hazırdır. Bu gün axşam 20:00-da Tofiq Bəhramov adına stadionda məşqə çıxan komandamız  saat yarımlıq məşq edərək Avroliqanın cavab görüşündə qarşılaşacağı `Metallurq`la oyunun Bakıda sonuncu məşqini yerinə yetirdi.
Məşq yüngül isinmə hərəkətlərinin ardından 2  tərəfli oyuna şahid oldu. Ansi Aqolinin əzələsi dartması, Ayxan Abbasovun isə topuğunu zədələməsi onları hazırlıqdan ayrı salıb. Ansi ən azı, Ayxan isə 4 gün komandadan ayrı düşəcək. Hər 2 futbolçu eyni zamanda son oyunda qırmızı vərəqə alan Admir Teli Makedoniyaya aparılmayacaq. Onlara Bakıda xüsusi məşq keçiləcək.
2 tərəfli oyun zamanı komandamız eyni zamanda əvəzedici komandanın futbolçularından da istifadə edildi.

Paylaş

// pop up