`Qarabağ` - `Banqa` 3:0. Yenə də.Canlı

single-news
7 İyl 2011

`Qarabağ` - `Banqa` 3:0. Yenə də.Canlı



`Qarabağ`: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 18. İlqar Qurbanov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi, 2. Qara Qarayev, 23. Tural İsgəndərov

Baş məşqçi: Qurban Qurbanov


`Banqa`: 1. Paulius Poçyus, 2. Deyvidas Padaygis, 5. Karolis Urbaitis, 7. Rimvidas Qrudis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, 15. Gitis Qaulis, 19. İqnas Baqdonas, 21. İrmantas Zelmikas, 37. Mindauqas Bitinas, 40. Andrey Usaçov, 88. Marius Kazlauskas.

Ehtiyat oyunçular: 77. Denis Komelçiks, 8. Qayus Kulbis, 13. Mantas Qudauskas, 24. Gyedrius Ratkus.

Baş məşqçi: Arminas Narbekovas.

1`- Oyun başlayır
3`- `Qarabağ` hücumu... Əfran rəqiblərindən keçərək irəliləyir, Adamiyaya ötüməsi... lakin rəqib oyunçu ötürmənin qarşısını alır
4`- Oyunda ilk künc zərbəsini  `Qarabağ` yerinə yetirir və top meydandan çıxarılır
6`- Daha bir əks hücumumuz... Lakin Rauf Əliyevin Əfrana ötürməsi sürətli olur
7`- Vüqar cərimə meydançasına daxil olur və onun qapıya doğru zərbəsi... qapıçı topu dəf edir
8`- Daha bir hücum... Vüqarın qapıya doğru zərbəsi qapıdan aralı keçir
10`- Komandamızın təhlükəli əks hücumu...  Vüqar sürətlə irəliləyir, topu qapıçının başı üzərindən tora göndərmək istəsə də qapıçı buna mane olur
14`- `Qarabağ` oyunda meydan üstünlüyünü ələ keçirib
20`- Komandamızın hücum qurmağa çalışır. Rəşad Sadiqovun ötürməsi sürətli olur və top meydandan çıxır
22`- Raufa qarşı qayda pozulur. Hakim cərimə zərbəsi təyin edir
23`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir... qapıya doğru qüvvətli zərbə, lakin top canlı səddə dəyərək meydandan çıxır
25`- `Qarabağ` hücumu... Rəşad Sadiqovun uzaqdan qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı topu dəf edir
26`- Daha bir əks hücumumuz... Adamiya sürətlə irəliləyərək cərimə meydançasına daxil olur... lakin Adamiya topu saxlaya bilmir və top meydadan çıxır
27`- Vüqarın Əfrana ötürəsi... Əfranın qapıya doğru zərbəsi, lakin rəqib müdafiəçı topu qaytarır və top qapı tirinə dəyərk uzaqlaşır
29`- Hücumumuz davam edir... Rəşad Sadıxovun qapıya doğru zərbəsini qapıçı dəf edir. Qayıdan topu Admir Teli topu qapıdan keçirir... QOOOL! Hesab açılır 1:0
31`- Növbəti hücumumuz... Adamiya sürətlə irəliləyir... lakin rəqib oyunçu ona qapıya zərbə endirməyə imkan vermir
33`- Admir Telinin qapıya doğru zərbəsi və top qapının üstündən keçir
34`- `Banqa`künc zərbəsi yerinə yetirir, lakin top uzaqlaşdırılır
35`- Adamiya sürətlə irəliləyir, onun Rəşada ötürməsi və Rəşad Sadiqov topu qapıdan keçirir, QOOOL! Hesab 2:0
40`- Oyun tam `Qarabağ`ın üstünlüyü ilə gedir
43`- Vüqar Nadirov sarı vərəqə alır
45+1`- `Banqa` hücumu... qapıya doğru zərbə və Fərhad Vəliyev topu dəf edir. Və ilk hissə bitir
46`- İkinci hissəyə `Qarabağ` oyunçu dəyişikliyi ilə başlayır. Namiq Yusifovu Qara Qarayev əvəzləyir
47`- Komandamız ikinci hissəyə hücumla başlayır. Adamiya cərimə meydançasına daxil olur, lakin qapıya zərbə endirməyə gecikir
48`- Daha bir hücum... Vüqarın zərbəsi rəqiblərdən dönür
49`- `Banqa` cərimə zərbəsini yerinə yetirir, və Fərhad Vəliyev asanlıqla topu tutur
51`- Rəşad Sadiqova qarşı qayda pozulur və hakim cərimə zərbəsi təyin edir
52`- Əfran cərimə zərbəsini yerinə yetirir və top qapının xeyli üstündən keçir
55`- `Banqa`da ilk oyunçu dəyişikliyi..
58`- `Banqa` künc zərbəsini yerinə yetirir, başla qapıya zərbə və top qapıdan aralı keçir
59`- `Qarabağ`da növbəti oyunçu dəyişikliyi... Rauf Əliyevi Bəxtiyar Soltanov əvəzləyir
60`- `Banqa`nın uzaqdan qapıya doğru zərbəsi və Fərhad topu dəf edir
65`- Maksimin cərimə meydançasına ötürməsi, lakin topu uzaqlaşdırlır. Hücum davam edir. Rəşad Sadiqov rəqiblərini keçir, lakin o qapıya zərbə endirməyə gecikir və topu itirir
67`- Növbəti hücum... Adamiyanın gözəl ötürməsi, lakin Bəxtiyar Soltanovun qapıya doğru zərbəsi dəqiq olmur
68`- `Banqa`da növbəti oyunçu dəyişikliyi..
69`- `Banqa` hücumu... Rəşad Sadıxov hücumun qarşısını alır
70`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Vüqar Nadirovu Tural İsgəndərov əvəzləyir
72`- Maksim Medvedev sarı vərəqə alır
74`- Əfran künc zərbəsi yerinə yetirir, lakin top meydandan çıxır
76`- Aqollinin cərimə meydançasına ötürməsi qolla nəticələnir. Hesab 3:0
81`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir və top canlı səddə dəyərək meydandan çıxır
83`- Adamiyadan gözəl daban ötürməsi, lakin Bəxtiyar Soltanov komanda yoldaşını başa düşmür
85`- `Banqa`da sonuncu dəyişikliyi... Andrey Usaçovu Gyedrius Ratkus əvəzləyir
87`- Qara Qarayevin qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı topu dəf edir
90`- Oyuna 3 dəqiqə əlavə olunur
90+3`- Hakim oyunu bitirir.
Beləliklə, `Qarabağ`ımız növbəti tura vəsiqə qazanır

Paylaş

// pop up