“Qarabağ” “Barselona”nı da arxada qoydu (apasport.az)
“Qarabağ” “Barselona”nı da arxada qoydu (apasport.az)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ə güclüləri sırasında 400 komanda yer alıb. Siyahıda ilk 2 pillədə dəyişiklik olamyıb. İspaniya nəhəngləri “Barselona” və “Real” müvafiq olaraq 331 və 309 xalla dünyanın ən yaxşılarıdır. Son 1 ayda 1 pillə irəliləyən İngiltərə “Mançester Yunayted”i isə 287 xalla 3-cü pillədə qərarlaşıb. Onlar Portuqaliya “Porto”sunu ilk “3-lük”dən sıxışdırıblar.
Azərbaycanın İFFHS-in siyahısındakı yeganə təmsilçisi “Qarabağ”dır. Hesabında 70,5 xal olan Ağdam təmsilçisi 308-ci yerdə qərarlaşıb. Ötən ayla müqayisədə 23 addım irəliləyən təmsilçimiz “Uiqan”, “Sanderlend”, “Vest Hem”, “Vest Bromviç” (hamısı İngiltərə), “Almeriya”, “Rasinq”, “Sportinq”, “Osasuna” (hamısı İspaniya), “Köln” (Almaniya), “Cenoa”, “Bolonya”, “Kalyari” (hamısı İtaliya), “Monpelye”, “Tuluza”, “Velansyenn” (hamısı Fransa) kimi komandaları arxada qoyub. Ən çox geriləyən klublardan olan “Barselona” (Ekvador) da 190-cı yerdən 344-ə enərək “Qarabağ”dan arxada qərarlaşıb.