`Qarabağ` başladı, bitirdi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5436.jpg)
24 Okt 2011
`Qarabağ` başladı, bitirdi
`Qarabağ`ımız derbinin hazırlıqlarına dərhal başlayıb. Cümə günü Zaqatalada `Simurq`la qarşılaşan komandamız Bakıya qayıdan kimi ilk məşqə çıxıb. Şənbə günü baş tutan çalışma bərpaedici xarakter daşıyırdısa, dünən komandamız 90 dəqiqəlik məşq keçib. Sabah premyerliqanın ilk turundan təxirə salınmış oyunda `Neftçi`nin qonağı olacaq komandamız bu gün 1 saatlıq məşqlə hazırlığını tamamlayacaq. `Simurq`la oyunda zədə səbəbindən oyuna çıxmayan Qara Qarayev hazırdısa, eyni səbəbdən Zaqatalaya aparılmayan Vüqar Nadirov və Nderim Nedzipi artıq komandayla məşqə çıxır.