`Qarabağ` başladı və davam edir
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
9 İyl 2011
`Qarabağ` başladı və davam edir
`Qarabağ`ımız məşqlərə başladı. Avroliqanın ilk mərhələsində Litvanın `Banqa` klubunu darmadağınla keçən komandamız dərhal hazırlıqlara start verib. Qitəmiqyasli yarışın ikinci mərhələsində Farer adalarının `Streymur` klubu ilə qarşılaşacaq komandamız `Banqa` ilə matç ertəsi bir məşqlə kifayətlənib. Çalışmada 90 dəqiqə meydanda olan futbolçular yüngül məşq keçiblər. Bu günü də tək məşqlə keçirən komandamız həftənin ilk gününə kimi məşqlərini Bakıda davam etdirəcək. İyulun 12-si səhər saatlarında `Qarabağ`ımız Bakı-İstanbul-Kopenhagen-Torşavn reysi ilə Farer adalarına yollanacaq. İyulun 13-ü oyunun keçiriləcəyi meydanda məşq edəcək komandamız bir gün sonra Bakı vaxtıyla 23:00-da `Streymur`la mücadiləyə çıxacaq.