`Qarabağ` başladı
10 Yan 2013
`Qarabağ` başladı
`Qarabağ`ımız başladı. 2013-cü ilə Antalyada start verən `Qarabağ`ımızın ilk məşqi baş tutdu. Qış təlim-məşq toplanışına bugün başlayan `Qarabağ`ımız məşqə yerli vaxtla 11:00-da çıxdı. Hazırlığa `Qarabağ`ın heyətində olan bütün futbolçular çıxdı. Sadəcə baş məşqçimizdən icazə alan Riçard Almeyda təlim-məşq toplanışına 2 gün sonra qoşulacaq.
Hazırlıq öncəsi Qurban Qurbanov futbolçularla qısa söhbət etdi. Təlim-məşq toplanışından yaxşı yararlanmağın vacibliyini vurğulayaraq hər bir futbolçudan maksimum çalışma əzmini gözlədiyini ifadə etdi.
`Qarabağ`ımızın səhər çalışması 1 saat davam etdi. Yüngül qaçışın ardından isinmə hərəkətləri edən komandamız `kvadrat`la kifayətləndi.
`Qarabağ`ımızın 2-ci məşqi yeri vaxtla 17:00-a nəzərdə tutulub.