`Qarabağ` başladı

24 İyl 2014
`Qarabağ` başladı
`Qarabağ`ımız məşqlərə başladı. Çempionlar Liqasının III təsnifat mərhələsində `Zalsburq`u qəbul edəcək komandamız bugün hazırlıqlara start verir. 2 gün öncə `Valletta`nı məğlub edərək Çempionlar Liqasında debüt ilində mərhələ adlayan komandamız dünəni istirahətlə keçirmişdi.
Qeyd edək ki, `Qarabağ` - `Zalsburq` oyunu İyulun 30-unda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun 20:30-da strat götürəcək.
Avstriyadakı cavab oyunu isə Avqustun 6-da baş tutacaq.