“Qarabağ” - “Bayer” oyununun hakimləri müəyyənləşdi

single-news
5 Mar 2024

“Qarabağ” - “Bayer” oyununun hakimləri müəyyənləşdi



 

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniya) oyununun təyinatları açıqlanıb. Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça Fransadan olan ədalət təmsilçiləri təyinat alıb. Qarşılaşmanı Benoit Bastien idarə edəcək. Hiçam Zakrani və Aurelien Bertomieu görüşün baş hakiminin köməkçiləri olacaqlar. Ceremi Piqnard dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
 
UEFA Avropa Liqası
1/8 final, ilk oyun
7 mart
21:45. “Qarabağ” – “Bayer”
Baş hakim: Benoit Bastien
Baş hakimin köməkçiləri: Hiçam Zakrani, Aurelien Bertomieu
Dördüncü hakim: Ceremi Piqnard
VAR: Benoit Millot
AVAR: Erik Uattelye (hamısı Fransa)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Tofiq Bəhramov adına Respublika stadionu

 

Paylaş