“Qarabağ” – “Bazel”: açıq məşq və mətbuat konfranslarının vaxtı
14 Sen 2021
“Qarabağ” – “Bazel”: açıq məşq və mətbuat konfranslarının vaxtı
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyunundan öncə keçiriləcək açıq məşq (15 dəqiqə) və mətbuat konfranslarının vaxtları müəyyənləşib. Hər iki tədbir sentyabrın 15-də baş tutacaq.
“Qarabağ” FK
17:00 Baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı
17:30 Komandamızın oyun öncəsi son məşqi
Məkan: Bakı Olimpiya Stadionu
“Bazel”
19:30 Baş məşqçi Patrik Rahmenin mətbuat konfransı
20:00 Komandanın oyun öncəsi son məşqi
Məkan: Bakı Olimpiya Stadionu.
Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar UEFA-nın qaydalarına əsasən, mətbuat konfransında say məhdudiyyəti olacaq. Anlayışınız üçün təşəkkür edirik!