"Qarabağ" - "Bazel" oyununun hakim təyinatları
14 Sen 2021
"Qarabağ" - "Bazel" oyununun hakim təyinatları
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ" - "Bazel" matçını belçikalı Erik Lambrexts idarə edəcək.
Rien Vanyzere və Jo de Veirdt köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Viem Smet yerinə yetirəcək.
Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.