“Qarabağ” bəyanat yayıb (APA, 14.10.2005)

single-news
14 Okt 2005

“Qarabağ” bəyanat yayıb (APA, 14.10.2005)



BAKI. Hakimlərin maliyyə durumunun yaxşılaşdırılması üçün bir müddət əvvəl yaradılan xüsusi fonda 45 milyon manat köçürən “Qarabağ” klubu rəhbərlik tərəfindən atılan addımın mətbuatda birmənalı qarşılanmamağına etiraz edib. Klubun mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, “Qarabağ” federasiyaya ödədiyi vəsaitlə yalnız futbolun inkişafında maraqlıdır: “Bildirmək istəyirik ki, hakimlər üçün yaradılan fonda pul köçürməklə, nə biz, nə də digər klublar kiminsə “tilovuna düşmək” üçün deyil, Azərbaycan futbolunun inkişafında pay sahibi olmaq, inkişafı daha da sürətləndirmək üçün edir. Cari çempionatın əvvəlkilərdən daha səviyyəli olması, rəqabətin artması, görüşləri idarə edən hakimlərin də üzərinə düşən məsuliyyəti artırır. Bunu əsas tutaraq, onların da işlərinə daha məsuliyyətlə yanaşmasını istəyib, yalnız ədalətliliyin yüksək səviyyədə olması üçün bu təklifə ilk olaraq biz cavab verdik”. Bəyanatın sonunda AFFA ilə klublar arasında əlaqələrin davam edəcəyi bildirilir: “Vurğulamaq istəyirik ki, “Qarabağ” Futbol Klubu bu istiqamətdə atılan hər bir addımı dəstəkləyəcək. Bunu qəbul etməyənlərsə, sadəcə Azərbaycan Futbolunun inkişafını istəməyənlərdir”. /APA/

Paylaş

// pop up