"Qarabağ" Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnir keçirib (qol.az)

single-news
3 Dek 2009

"Qarabağ" Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnir keçirib (qol.az)



“Ruslan-93” idman klubunun bazasında Azərbaycan Xüsusi Olimpiya Komitəsi və “Qarabağ” klubunun birgə dəstəyiylə 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş futbol turniri keçirilib. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, turnirdə Bakı, Abşeron və Sumqayıtın 10-a yaxın xüsusi, yardımçı məktəb və internatların qız və oğlan komandaları iştirak edib. Yarışlar “Coca-Cola” şirkətinin və “Qarabağ” klubunun sponsorluğu ilə keçirilib. Turnir 2010-cu ilin sentyabrında Polşa respublikasının paytaxtı Varşava şəhərində baş tutacaq Avropa Xüsusi Yay Olimpiya oyunlarına seçmə xarakter daşımaqla bərabər hazırlıq mərhələlərindən biridir.

Yarışların təqdimetmə mərasimində Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov iştirak edib. Ağdam klubunun çalışdırıcısı belə tədbirlərin çox olmağının faydasından danışıb: “Bir vətəndaş olaraq belə tədbirlərdə iştirak etmək fərəhvericidir. Futbolun kütləviliyi üçün bütün sferalarda məqsədli tədbirlərin keçirilməsi vacibdir. İnanıram ki, bu uşaqların arasından sabah böyük ulduzlar yetişə bilər. Çünki, onlar qazandıqlarını qədrini daha yaxşı anlayır”. XOK-un prezidenti Şahin Əliyev isə bunları deyib: “Sevinirəm ki, futbola maraq gtetdikcə artır. XOK-un planında beynəlxalq əlillər günü, aprelin son həftəsində keçirilən futbol həftəsi iyunda uşaqlar günü münasibətiylə belə yarışlar keçirməyi planlaşdırırıq. Aprel və iyun turnirlərində “Qarabağ” klubunun aşağı yaş qrupları da adıçəkilən yarışlarda iştirak edəcək. Biz yarışları 12-14 yaşlı uşaqlar arsında keçiririk. Əsas məqsədimiz belə məktəblərin uşaqlarını cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Sevindirci haldır ki, getdikcə belə tədbirlərə maraq daha geniş vüsət alır. “Qarabağ” klubunun rəhbərliyinə bizə verdikləri hər tərəfli dəstəyə görə təşəkkürümüzü bildiririk”.


 

Paylaş

// pop up