"QARABAĞ" BƏZİ ANLAŞMALARI RƏSMİLƏŞDİRDİ...

single-news
25 İyl 2005

"QARABAĞ" BƏZİ ANLAŞMALARI RƏSMİLƏŞDİRDİ...



"Qarabağ" FK bir neçə müddətdir ki, klubda baxışda olan yerli futbolçuların bəziləri ilə müqavilələr imzaladı. Bu futbolçular aşağıdakılardır: Eltay Aslanov, Rəşad Muradov, Dmitriy Spirin, Vasif Haqverdiyev, Dmitriy Yeremeyev, Namiq Yusifov, Fəqan Şahbazov, Müşfiq Hüseynov və Tərlan Mahmudov. Bu futbolçular 14-cü milli çempionatdan "Qarabağ" formasını geyinəcəklər. Klubla müqaviləsi başa çatmış qapıçımız Vitaliy Kovalyovla da müqavilənin müddəti artırılmışdır. Ötən mövsüm "Qarabağ" formasını geyinmiş qapıçımız bir neçə başqa təklifin olmasına baxmayaraq, sonda "Qarabağ"ı digərlərindən üstün tutaraq, bu mövsümdə "Qarabağ"lı olacaq.Qapıçımızın fikirləri: "Ötən mövsüm "Qarabağ"a gəldim və bir il ərzində bu klubun şərəfini qorudum. Burada hər şey könlümcədir və bu səbəbdən başqa təkliflərin olmasına baxmayaraq "Qarabağ"ı heç bir klubla əvəzləməyi düşünmədim. İndi bu qərarıma görə peşman deyiləm və böyük şərəf hissi keçirirəm ki, mən "QARABAĞ"lıyam!" Yuxarıda göstərilən futbolçulardan başqa, ötən mövsüm hərbi xidmətlə əlaqədar "MOİK"də top qovmuş Hüseyn İsgəndərov və qapıçı Elçin Cəfərovda bu ildən "Qarabağ"a qayıdıb. Göstərilən bütün futbolçular haqqında ətraflı digər yazılarımızda məlumat veriləcək. Bizi izləyin.

Paylaş