`Qarabağ` bitirdi, sabah yola düşür
26 İyn 2011
`Qarabağ` bitirdi, sabah yola düşür
`Qarabağ`ımız artıq təlim-məşq toplanışını başa vurur. İyunun 9-undan Qızılcahamda `kamp` keçən komandamız bu gün artıq 18 günlük hazırlıq prosesini bitirir. Bu gün sonuncu çalışmayla Türkiyə hazırlıqlarını başa vuran komandamız sabah Litvaya yola düşəcək.
`Qarabağ`ımız sabah günorta saatlarında Ankara – İstanbul – Riqa reysiylə yola düşəcək. 20 futbolçulu heyət Latviyanın paytaxtından Litvanın Klaypeda şəhərinə hərəkət edəcək. Oyunun keçiriləcəyi Qarjdaidən 25 km aralıda yerləşən `Amberton` otelində məskunlaşacaq komandamız oyun gününə kimi 2 dəfə məşqə çıxacaq.
İyunun 30-unda yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) `Banqa`nın qonağı olacaq komandamız ertəsi gün vətənə qayıdacaq. Riqa– İstanbul – Bakı reysiylə Bakıya qayıdacaq komandamız İyulun 2-si səhər saatlarında paytaxtda olacaq.