`Qarabağ` Boluda ilk məşqinə çıxdı

single-news
18 İyl 2012

`Qarabağ` Boluda ilk məşqinə çıxdı



`Qarabağ`ımız artıq Gerededədir. Dünən axşam təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Bakı – İstanbul reysiylə Türkiyəyə gələn komandamız axşam saatlarında Bolunun Gerede qəsəbəsinə çatdı. Bugün səhər isə artıq komandamız  ilk məşqinə çıxdı. Yerli vaxtla 12:30-da məşqə çıxan komandamız 90 dəqiqəlik çalışma yerinə yetirdi. Məşqdə bütün futbolçular iştirak edərkən sadəcə yüngül zədəsi olan  Hacı Əhmədov fizioterapevt nəzarətində fərdi olaraq çalışdı.
Qeyd etdiyimiz kimi, komandamız 13 günlük müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq sabah komandamız ilk hazırlıq matçına çıxacaq. Sabah yerli vaxtla 18:00-da `Tavşanlı Linyitspor`la qarşılaşacağıq. Oyun məskunlaşdığımız oteldən 60 km aralıda yerləşən Qızılcahamamda baş tutacaq.

Paylaş

// pop up