`Qarabağ` - `Borussiya`: Akreditasiya başlanmışdır

single-news
24 Avq 2010

`Qarabağ` - `Borussiya`: Akreditasiya başlanmışdır



Dəyərli media mənsublarının nəzərinə!!! Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək `Qarabağ` - `Borussiya` matçı üçün jurnalistlərin akreditisiyası başlanmışdır. Media əməkdaşlarının diqqətinə çatdırılır ki, Avqustun 24-ü saat 13:00-dən Avqustun 25-i saat 17:00-a qədər `Qarabağ` Futbol klubunun bazası `Ruslan-93` idman bazasına təşrif buyuraraq akreditasiya vərəqələrini əldə edə bilərlər. Hörmətli media mənsublarının nəzərinə çatdırılır ki, akreditasiya vərəqələrini göstərilən müddətdə əldə etmək olar. Xüsusilə  vurğulayırıq ki, qeyd olunan vaxtın xaricində akreditasiya verilməyəcəkdir. Stadiona və ya başqa yerə gətirilmə xahişlərini yerinə yetirmək mümkün olmayacaqdır.

Tələb olunan sənədlər: mənsub olduğu qurumu göstərən vəsiqə (bir qurum əlavə akreditasiya istərsə, həmin şəxsin iş vəsiqəsi tələb olunur)

Akreditasiya verilmə tarixi: 24.08.2010 – 13:00-dan        25.08.2010 – 17:00-a qədər

Ünvan:  Qara Qarayev prospekti, Əli Vəliyev 7a. `Ruslan-93` idman kompleksi. (012-422-35-05)

Əlaqə telefonu: 050-265-04-50

Paylaş

// pop up