`Qarabağ` - Borussiya`: Biletlər artıq satışdadır
24 Avq 2010
`Qarabağ` - Borussiya`: Biletlər artıq satışdadır
Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü olan `Qarabağ` - `Borussiya` oyunu üçün biletlər artıq satışa çıxarılmışdır. Artıq matçın biletlərini oyunun keçiriləcəyi Respublika stadionunun kassalarından və `BöyükFırat` restoranlar şəbəkəsindən əldə etmək olar. 29-32 sektorlar pulsuz olaraq dəvətnamə şəklindədir. VİP C və VİP D sektorların biletlər 10 AZN, geridə qalan bütün nömrəli sektorlar isə istisnasız 1 AZN-dir.