`Qarabağ` - `Borussiya`: hakimlər bəllidi

single-news
12 Avq 2010

`Qarabağ` - `Borussiya`: hakimlər bəllidi



`Qarabağ`ımızın Avropa Liqasının play-off mərhələsində `Borussiya` Dortmundla oyunları idarə edəcək hakimlər məlum olub.
İlk oyunu idarə edəcək Pavel Kristian Balaj1971-ci il avqustun 17-də Rumıniyanın Baya Mare şəhərində anadan olub. Hakimlik həyatına başlamamışdan qabaq futbolçu kimi Rumıniya çempionatında çıxış edib. O, anadan olduğu şəhərin komandası `FK Baya Mare`də forma geyib. Hakimlik karyerasına isə 1994-cü ildə başlayıb. Pavel Rumıniyanın birinci liqasında ilk oyununu 2000-ci ildə idarə edib. 2003-cü ildən isə FİFA referisidir.  Beynəlxaq arenada ilk sınağı 2005-ci ildə, Portuqaliyada yerli `Gimaraynş` – `Beşiktaş` (1 – 3) qarşılaşması olub. Yarışlar `Avroliqa` adı altında keçirildikdən sonra 4 oyunda baş hakim vəzifəsini icra edən Pavel bu matçlarda 15 sarı vərəqə göstərib. Bununla belə, heç bir oyunçunu meydandan kənarlaşdırmayıb. 1 dəfə isə 11 metrlik cərimə zərbəsi təyin edib. 38 yaşlı FİFA  referisi 2008-ci ildə Rumıniyada `ilin hakimi` adına layiq görülüb.
Qeyd edək ki, Almaniyanın ən böyük stadionlarından hesab olunan `Siqnal İduna Park` arenasında keçiriləcək `Borussiya` – `Qarabağ` qarşılaşması avqustun 19-da Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək cavab oyunu saat 21:00-da start götürəcək və belçikalı ədalət təmsilçisi Serge Qumyenni tərəfindən idarə olunacaq.

Paylaş

// pop up