“QARABAĞ” BOULİNQ TURNİRİNDƏ

single-news
15 Fev 2008

“QARABAĞ” BOULİNQ TURNİRİNDƏ



“Qarabağ” Futbol Klubu hər zaman fərqli ideyaları ilə futbol ictimaiyyətində özünəməxsus yer tutub. Futbolun sadəcə meydanda oynanamadığı prinsipinə düşüncəsinə əsasən klub rəhbərliyi dünən axşam saatlarında bütün heyətlə bolinq salonuna toplaşdı. Texniki heyətlə yanaşı idarə heyəti də “Simurq”la matç öncəsi futbolçularla birlikdə olduğunu göstərmək üçün “Olimpik Star”ın oyun mərkəzinə yığışdı. “Azersun Holding” şirkətlər qrupunun baş direktoru Fevzihan Aras da tədbirə qatılaraq komandaya inandığını hərəkətiylə göstərdi.

Beləliklə, Fevzihan bəy eləcə də klubumuzun direktoru Emrah Çelikel, baş məşqçimiz Rasim Karanın da iştirakıyla 8 qrupa bölünmüş komandalarda cox gərgin və maraqlı mübarizə başladı. Lakin ilk turdan sonra peşəkar futbolçular növbəti mərhələyə adlasalarda Fevihan Aras, Rasim Kara mübarizəni erkən dayandırdılar. Elə kapitan Aslan Kərimov da mübarizəni tez bitirənlərdən idi.

2-ci turdan etibarən isə mübarizə getdikcə gərginləşdi. Emrah bəy, Fərhad, Nodar, qapıçılarla işləyən məşqçi Çetin Aykutla mübarizədə xeyli irəlidə olsa da son anda yarışın debütantı Nodar əla oyunu   klubumuzun direktorunu da yarışa əlvida deməsinə səbəb oldu. Ən maraqlı olaylardan biri də favoritlərdən biri Aftandil Hacıyevin 14 final mərhələsində dramatik şəkildə məğlub olması oldu. Müdafiəçi məğlubiyyətin şokunu uzun müddət üzərindən ata bilmədi.

Son səkkiz iştirakçı arasında idarə heyətinin yeganə nümayəndəsi Murat Karaman isə  finalda digər favorit Kənanla birlikdə Qoqa və Ayxanı  yenərək adını finala yazdırmaqda çətinlik çəkmədi.  Eyni uğura Çetin hoca və Muhammet , Zaur və Nodarı yenərək  imza atdı.

Beləliklə, gərgin final başaldı. Hər kəsin çempionun Kənan, Murat, Muhammetdən birinin olacağını müzakirə etdiyi anda  Çetin hoca böyük bir fərqlə rəqibini üstələyərək çempionluğu qovuşdu.

Uzun müddətdir  gərgin hazırlıq dönəmindən sonra futbolçuların necə stress atdığını görməyə dəyərdi. İkinci dövrənin ilk matçı öncəsi bu tədbir haqqında futbolçulardan fikirlərini aldıq.

Aftandil Hacıyev, bəxtsiz favorit :” Uzun məşqlərdən sonra bu oyun həqiqətən yerinə düşdü. Elə bil ki,  heç bu qədər hazırlıq dönəmi keçməmişik. Çox yüngülləşdik. Ən pis şey o oldu ki, məğlub oldum. Uduzmağı sevmirəm. Nə edim?(gülür)

Azər Məmmədov, təcrübəli uğursuz:” Ümumiyyətlə, Azərbaycanda futbolda meydandankənar olaylara az diqqət yetirlir. Halbuki, belə tədbirlər komandanın əhval-ruhiyyəsini çox yüksəldir.”

Elşən Məmmədov, çiçəyi burnunda transferimiz:” Sözün açığı bu qədər gözəl kollektivlə qarşılaşacağımı gözləmiridim. Görün, uşaqlar nə qədər meribandır. İnşallah, meydanda qələbə qazanaraq sevinərik.”

Kənan Kərimov, çempionluğa həsrət qalan lider :” Məndən indi heç nə soruşmayın. (Gülür).  Düzdü 40 nəfərin içində 4-cü yeri tutmaq pis nəticə deyil. İnşallah,  birigün qələbə qazanaraq ürəyimi boşaldaram.”

Çetin Aykut, çempion danışır:” Çempion deməyin mənə. Balaca oyundur da(təvözakarlıq edir-red). Uşaqlar deyir qapıçı olmaq bu oyunda böyük üstünlükdür. Yəqin mən də bundan istifadə etdim. Əsas odur ki, uşaqlar oyunöncəsi əla istirahət etdilər.

Paylaş

// pop up