"Qarabağ" "Böyük beşlik" təmsilçilərini qabaqladı (premyerliqa.az)

single-news
1 Dek 2011

"Qarabağ" "Böyük beşlik" təmsilçilərini qabaqladı (premyerliqa.az)



Ağdam klubu İFFHS-nın açıqladığı reytinq cədvəlində 5 pillə irəlilədi
 
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların bu aya olan reytinq cədvəlini açıqlayıb. Premyerliqa.az xəbər verir ki, siyahıda yeganə təmsilçimiz “Qarabağ” bu dəfə mövqeyini nisbətən yaxşılaşdırıb.
 
 
Ötən ayla müqayisədə 5 pillə irəliləyən Ağdam təmsilçisi 298-ci yerə yüksəlib. Onun şərikləri Anqolanın “Deportivo” və Yaponiyanın “Kaşiva” klublarıdır. Hesabında 70,5 xal olan “Qarabağ” “Böyük beşlik” təmsilçilərindən “Cenoa”, “Katanya” (hər ikisi İtaliya), “Bolton” (İngiltərə), “Hoffenhaym” (Almaniya) və “Bordo”nu (Fransa) arxada qoyub.
 
 
Qeyd edək ki, siyahıya 332 xalla Çempionlar Liqasının son qalibi olan İspaniyanın “Barselona” klubu başçılıq edir. Onun əzəli rəqibi Madrid “Real”ı 316 xalla 2-dir. İlk üçlüyü 279 xalla Argentinanın “Veles Sarsfild” klubu qapayır.

Paylaş

// pop up