"QARABAĞ" BU GÜN ANTALYAYA YOLA DÜŞDÜ.

single-news
10 Yan 2005

"QARABAĞ" BU GÜN ANTALYAYA YOLA DÜŞDÜ.



"Qarabağ" Futkol Klubu ikinci dövrənin hazırlıqlarına yanvarın 6-dan start verdi. Bir neçə gün Bakıda məşq edən komanda artıq əvvəlcədən planlaşdırıldığı kimi, bu gün- yanvarın 10-u təlim - məşq toplanışı keçmək üçün Türkiyənin "cənnət" şəhəri olan Antalyaya yola düşdü. Orada intensiv məşqlər keçəcək "Qarabağ" FK öz gücünü keçirəcəyi bir neçə yoldaşlıq görüşündə də sınayacaq. Bu görüşlər haqqında ətraflı məlumat veriləcək. Dövrələrarası fasilədə komanda heyətini gücləndirməyi də planlaşdırır.Klubun ilk transferi- İran İslam Respublikasının "Maşınsazi" komandasının oyunçusu olmuş Müşviq Fərrux oğlu Qənbərovdur. Artıq klub ilə məşqlərə başlayan Müşviq də komanda ilə Antalyaya yola düşdü. Antalyada komandaya daha dörd legioner qoşulub. Bu gün onlar komanda ilə birgə saat 15:30-da ilk məşqlərinə çıxacaqlar.

Paylaş

// pop up