`Qarabağ` bu gün başlayır
7 Okt 2010
`Qarabağ` bu gün başlayır
`Qarabağ`ımız hazırlıqlarına start verib. Milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçulara istirahət vermişdi. Bu gün komandamız bazaya yaxınlaşaraq `Simurq`la oyunun hazırlıqlarına başlayacaq. Komandamız 16:00-da Suraxanı qəsəbə stadionunda məşqə çıxacaq. Fərqli millilərə 12 futbolçu göndərən komandamız zədəli Əfran və Ayxansız çalışmalara başlayacaq. Dövran isə fərdi çalışmalara başlayıb.
Bu arada komandamız yaranmış fasilədən yararlanmaq üçün yoxlama oyunu keçirməyi planlaşdırır. Ayın 12-ində komandamız `Neftçi` ilə yoxlama oyununda qüvvəsini sınayacaq.